Beynin gələcəyi təxmin edə bilir? – Nevropatoloqlardan maraqlı araşdırma
22.07.2026 12:12

İyulun 22-si Ümumdünya Beyin Günü kimi qeyd olunur.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, bu münasibətlə nevropatoloq Rüstəm Qayfutdinov müsahibəsində maraqlı məqama toxunub - insan beyni hadisələri təxminən yarım saniyə qabaqlayaraq proqnozlaşdırmaq qabiliyyətinə malikdir.

Mütəxəssisin sözlərinə görə, bu, son illərin ən mühüm elmi kəşflərindən biri hesab olunur. Halbuki belə "proqnozlaşdırıcı mexanizmlər" uzun illərdir döyüş idman növlərində tətbiq edilir. Məhz bu qabiliyyət boksçulara zərbələrdən vaxtında yayınmağa, idmançılara isə rəqibin növbəti hərəkətini əvvəlcədən hiss etməyə imkan verir.

Rüstəm Qayfutdinovun sözlərinə görə, bu xüsusiyyət həkim intuisiyası ilə də sıx bağlıdır.

"Təcrübəli professorun bəzən xəstənin sadəcə nəfəs almasına və ya duruşuna baxaraq dəqiq diaqnoz qoyduğunu xatırlayın. Belə nümunələr hələ böyük klinisistlərdən biri olan Botkinin fəaliyyəti ilə bağlı da təsvir olunub", – deyə həkim bildirib.

Nevroloqun sözlərinə görə, insanlar gündəlik həyatda bir çox hadisəni adi qəbul etsələr də, bu çərçivədən kənara çıxan hallar çox vaxt mistik görünür. Halbuki beynin proqnozlaşdırma qabiliyyəti yalnız ani təhlükələr və ya adrenalinin təsiri altında qəbul edilən sürətli qərarlarla məhdudlaşmır.

O qeyd edib ki, bəzən insan illərlə hansısa ideya və ya elmi fərziyyə üzərində düşünür və müəyyən anda beyin qəfil həll yolunu təqdim edir. Bu "ilham anı" sinir sisteminin hələ də tam izah olunmamış ən böyük sirlərindən biri hesab olunur.

Mütəxəssis əlavə edib ki, beynin alın payı (frontal qabıq) müxtəlif davranış strategiyaları arasında seçim etməyə cavabdehdir. Məhz güclü stress, yüksək diqqət və səhvsiz qərar tələb olunan vəziyyətlərdə beynin bu proqnozlaşdırıcı imkanları daha qabarıq şəkildə özünü göstərir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır