Kron və Xoralı kolit arasındakı əsas fərqlər nələrdir?
21.07.2026 13:20

Mədə-bağırsaq traktının xroniki iltihabi xəstəlikləri sırasında yer alan Kron və Xoralı Kolit tez-tez bir-biri ilə səhv salınır.

 

Aztibb.az "Dr. Data"ya istinadən yazır ki, oxşar simptomlarla üzə çıxmalarına baxmayaraq, bu iki patologiya anatomik zədələnmə zonası, iltihabın dərinliyi və gedişat xüsusiyyətlərinə görə bir-birindən kəskin şəkildə fərqlənir.

Mütəxəssislərin bildirdiyinə görə, bu xəstəliklər arasında əsas fərqli məqamlar aşağıdakılardır:

Kron xəstəliyi virslərin və iltihabın təsiri ilə ağız boşluğundan anusa qədər həzm sisteminin istənilən hissəsində meydana gələ bildiyi halda, Xoralı Kolit yalnız yoğun bağırsaq və düz bağırsaqda (rektum) inkişaf edir.

Kron zamanı sağlam və xəstə toxumalar növbələşir, yəni yamaqvari (sıçrayıcı) zədələnmə müşahidə olunur. Xoralı Kolitdə isə iltihab düz bağırsaqdan başlayaraq yuxarıya doğru kəsintisiz və bütöv şəkildə yayılır.

 

Kron xəstəliyi bağırsaq divarının bütün təbəqələrinə dərinləməsinə nüfuz edir. Xoralı Kolit isə əsasən bağırsağın daxili səthi selikli qişasını (mukozasını) zədələyir.

Xoralı Kolit üçün qanlı və bəlğəmli ishal daha xarakterik hesab olunur. Kron xəstəliyində isə bağırsaq darlığı (strikturalar), abseslər və fistulaların (dəliklərin) yaranma riski daha yüksəkdir.

Həkimlər vurğulayır ki, hər iki xəstəliyin vaxtında və dəqiq təyini müalicənin uğuru üçün kritik əhəmiyyət kəsb edir. Qarın nahiyəsində uzunmüddətli ağrılar, həzm pozuntuları və çəki itkisi kimi hallarda dərhal mütəxəssis-qastroenteroloqa müraciət edilməlidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır