İspaniya əhalisinin əksəriyyəti gələn ilin iyul ayınadək peyvəndlənəcək
21.11.2020 12:28

İspaniyanın Baş naziri Pedro Sançes bəyan edib ki, artıq onun ölkəsi Almaniya ilə birlikdə Avropa İttifaqında ilk olaraq 2021-ci ilin iyul ayınadək əhalinin böyük əksəriyyətini peyvənd etməyə tam hazırdır. Koronavirus əleyhinə peyvənd kampaniyası gələn çərşənbə axşamı Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə Pedro Sançes İspaniya iqtisadiyyatının “La-Rioxa” Muxtar İcmasında bərpa, transformasiya və dayanıqlılıq planının təqdimatı zamanı məlumat verib.

 

İspan hökumətinin başçısı bildirib ki, yeni mütəxəssislərin hazırlanması və bütün muxtar icmalarda səhiyyə xidmətinin gücləndirilməsi məqsədilə tibb universitetlərində təhsil yerlərinin sayının daha 10 min nəfər artırılması planlaşdırılır.

 

İspaniya, COVID-19 pandemiyasından ən çox zərər çəkmiş ölkələrdən biridir. Qeyd edək ki, ölkədə 1 milyon 541 min 574 koronavirusa yoluxma faktı aşkarlanıb, 42 min 291 nəfər isə bu xəstəlikdən həyatını itirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib