ÜST-dən Efiopiyanın şimalında səhiyyə sisteminin çökmə təhlükəsi barədə xəbərdarlıq  
03.11.2026 11:04

Efiopiyanın şimalında davam edən hərbi əməliyyatlar regionun səhiyyə sisteminin fəaliyyətini təhlükə altına alır.

 

Aztibb.az www.aa.com.tr-yə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində yazıb.

 

ÜST rəhbəri Amhara və Tıqray regionlarında dinc sakinlərə hücumlarla bağlı məlumatlardan dərin narahatlığını ifadə edib.

 

"Efiopiyanın şimalındakı zorakılıq onsuz da kövrək olan səhiyyə sistemini çökməyə yaxınlaşdırır. Xəstəxanalarda tibb işçiləri, dərman və avadanlıq qıtlığı yaşanır. Təcili tibbi yardım göstərmək imkanları son dərəcə məhduddur. Təhlükəsiz olmayan şərait həyati vacib tibbi ləvazimatların bəzi ərazilərə çatdırılmasına mane olur. daxil olan məlumatlara əsasən, Amhara regionundakı Caari-2 məcburi köçkün düşərgəsinə endirilən zərbə nəticəsində uşaqlar, o cümlədən yeni doğulmuş körpə həlak olub. Bundan başqa, Tıqrayın Rama şəhərində ərzaq almağa çalışan bir neçə nəfərin öldüyü ehtimal olunur", - o qeyd edib.

 

Qebreyesus vurğulayıb ki, pilotsuz uçuş aparatlarının (PUA) zərbələri və dinc sakinlərin ölümü Efiopiyada getdikcə daha tez-tez baş verən hala çevrilir. ÜST BMT strukturlarından olan tərəfdaşları ilə birlikdə zərərçəkmiş ərazilərə əlavə tibbi yüklərin çatdırılması üzərində işləyir.

 

Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi daha çox insanı təcili xidmətlər, qadın və uşaq sağlamlığının qorunması, eləcə də xəstəliklərin müalicəsi daxil olmaqla, tibbi yardıma çıxışdan məhrum edə bilər.

ÜST rəhbəri mülki əhalinin müdafiəsini, tibb işçilərinin ehtiyacı olanlara maneəsiz çıxışını və humanitar yardımın çatdırılmasını təmin etməyə çağırıb.

"Ən cəsarətlilər sülhü seçir. Ən yaxşı dərman sülhdür", - o yekunlaşdırıb.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub