Kenyada ilk Bundibuqyo virusu infeksiyası təsdiqlənib
10.10.2026 10:40

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kenyada ölkə üzrə ilk dəfə idxal olunmuş Bundibuqyo virusu xəstəliyinin (BVD) qeydə alındığını və xəstənin dəstəkləyici müalicəyə baxmayaraq vəfat etdiyini açıqlayıb. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər gücləndirilib.

Aztibb.az "Medimagazin"ə istinadən yazır ki, məlumata görə, infeksiyaya yoluxan Kenya vətəndaşı yaşadığı Konqo Demokratik Respublikasında xəstələnib, daha sonra Uqanda üzərindən Nayrobiyə gəlib. Xəstəxanaya yerləşdirilərək təcrid edilən pasiyentdə laborator analizlər vasitəsilə Bundibuqyo virusu təsdiqlənib.

Kenyalı səhiyyə rəsmiləri infeksiyaya yoluxmuş şəxslə təmasda olan 28 nəfəri, o cümlədən ailə üzvlərini, tibb işçilərini və eyni təyyarədə uçan sərnişinləri nəzarətə götürüblər. Sərhəd-keçid məntəqələrində tibbi yoxlamalar və əhalinin maarifləndirilməsi işləri intensivləşdirillib.

Bununla da Kenya Konqo DR, Uqanda və Fransadan sonra Bundibuqyo virusunu təsdiqləyən dördüncü ölkə olub. ÜST Afrika üzrə regional direktoru dr. Məhəmməd Cənabi Kenyada operativ nəzarət mexanizmlərinin işə salındığını bildirib. ÜST cari məlumatlar əsasında region ölkələrinə qarşı hər hansı səyahət və ya ticarət məhdudiyyətinin tətbiqini tövsiyə etmir.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Gəncədə