ÜST hamiləlikdə təzyiq xəstəlikləri ilə mübarizə üçün 2026–2035-ci illəri əhatə edən yeni fəaliyyət planı açıqladı
10.10.2026 12:25

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və tərəfdaşları preeklampsiya da daxil olmaqla, hamiləlik zamanı yaranan təzyiq pozuntularından qaynaqlanan ana və körpə ölümlərinin qarşısını almaq məqsədilə 2026–2035-ci illər üzrə yeni qlobal yol xəritəsini təqdim edib.

 

Aztibb.az "Medimagazin"ə istinadən yazır ki, strategiya klinik təlimatlardan, diaqnostika vasitələri və dərmanlara əlçatanlığın artırılmasınadək müxtəlif istiqamətlərdə birgə addımların atılmasını nəzərdə tutur.

 

Statistikaya əsasən, hipertenziv pozuntular dünyada hamiləliklərin 10-15 faizində müşahid olunur. Bu hallar hər il təxminən 42 min ananın, eləcə də 500 mindən çox yeni doğulmuş körpənin ölümünə səbəb olur. ÜST bildirir ki, xüsusilə az və orta gəlirli ölkələrdə arterial təzyiqin ölçülməsi, sidikdə zülal analizi, eləcə də maqnezium-sulfat, aspirin və antihipertensiv preparatlara çıxış imkanları hələ də məhduddur.

 

Bundan əlavə, yol xəritəsində preeklampsiyanın qarşısını almaq və ya müalicə etmək üçün xüsusi olaraq hazırlanmış təsdiqlənmiş dərmanların olmaması vurğulanır. Bu problemi həll etmək üçün təşkilat tədqiqat və innovasiyalara investisiyaların artırılmasına çağırış edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, hamiləlikdə arterial təzyiq pozuntuları təkcə doğuş anında deyil, gələcək illərdə də qadınlarda və körpələrdə ürək-damar xəstəlikləri riskini yüksəldir.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Gəncədə