ÜST rəhbəri: Yeni pandemiya artıq ehtimal deyil, zaman məsələsidir
26.09.2026 12:27

 

Yeni tənəffüs yolu patogeninin meydana çıxması dünyada COVID-19 pandemiyasına bənzər genişmiqyaslı nəticələrə səbəb ola bilər.

 

Aztibb.az "Euronews"a istinadən yazır ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında mümkün yeni pandemiya risklərinə diqqət çəkib.

 

Onun sözlərinə görə, yeni tənəffüs patogeninin ortaya çıxması ciddi qlobal fəsadlarla nəticələnə bilər. Qebreyesus belə bir təhlükənin onu narahat edən əsas məsələlərdən biri olduğunu bildirib.

 

ÜST rəhbəri növbəti pandemiyanın baş verməsinin qaçılmaz olduğunu deyərək bunun yalnız nə vaxt baş verəcəyinin sual doğurduğunu vurğulayıb.

 

T. Qebreyesus Konqo Demokratik Respublikasında Ebolanın davam edən yayılmasını da nümunə göstərib. O qeyd edib ki, epidemiyalar istənilən yerdə və istənilən vaxt başlaya bilər və onların təsiri yalnız xəstəliyin yayıldığı ərazi ilə məhdudlaşmaya, qonşu ölkələr və bütövlükdə dünya üçün risk yarada bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə