ABŞ-da COVID-19-la əlaqadar insanlar səfər etməməyə çağırılıb
20.11.2020 18:41

ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin rəsmiləri COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə amerikalıları qarşıdan gələn Şükranlıq Günü bayramında səfərə çıxmamağa çağırıb.

 

Aztibb.az xəbər verir ki, Mərkəzin nümayəndəsi, doktor Henri Uolkun sözlərinə görə, agentlik ölkədə koronavirusa yeni yoluxma, xəstəxanaya yatırılma və ölüm hallarının sayının sürətlə artmasından sonra məzuniyyət zamanı səfərə getmək və insanların bir yerə toplaşması üzrə yenilənmiş təlimatları dərc edib. H. Uolk deyib: “Biz yoluxmaların sayının eksponensial artımından narahatıq”.

 

ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzi nəzdində İctimai müdaxilə və əhalinin böhran qrupu ilə iş üzrə hədəf qrupundan olan doktor Erin Zauber-Şatsın sözlərinə görə, koronavirus üzrə yeni təlimat agentlik tərəfindən noyabrın 11-də dərc edilən bundan əvvəlki tövsiyələrin yenilənmiş versiyasıdır. Onun sözlərinə görə, bundan əvvəl dərc olunan qaydalarda səfərlərə məhdudiyyət və ya bayram təntənələrində insanların toplaşmasına limitlər qoyulmayıb.

 

Rəsmi şəxslər vurğulayıblar ki, ilkin rəhbər prinsiplərin dərc olunduğu andan Birləşmiş Ştatlarda 1 milyondan artıq yeni yoluxma halları qeydə alındığı üçün agentlik daha sərt tövsiyələr təqdim etməyi zəruri hesab edib. “Amerikalılar pandemiyanın bu qızğın çağında Şükranlıq Günü təntənələrinin ən təhlükəsiz keçirilməsinin yolları barədə düşünməlidirlər”, - deyən H. Uolk bu səbəbdən öz valideynləri ilə yanvar ayından görüşmədiyini bildirib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib