İtaliya yanvar ayında koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlamaq niyyətindədir
20.11.2020 18:33

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində İtaliya hökuməti gələn ilin yanvar ayında ölkədə kütləvi vaksinasiya prosesinə başlamaq niyyətindədir.

 

Aztibb.az xəbər verir ki, hökumət yanvar ayında artıq 3,4 milyon doza peyvəndin istifadəyə hazır olacağı qənaətindədir. Hökumət nümayəndəsi Domenik Arkuri mətbuata verdiyi açıqlamada bir neçə ay ərzində vaksinasiya tədbirlərini geniş səviyyədə həyata keçirə biləcəklərini də qeyd edib. Hazırda isə hökumət peyvəndləmə prosesi üçün tələb olunan ləvazimatların alışı ilə məşğuldur.

 

Dövlət rəsmisinin sözlərinə görə, ilkin mərhələdə vaksinasiya məcburi şəkildə aparılmayacaq. Bununla belə, hesab olunur ki, gələn ilin üçüncü rübü bitənədək İtaliya əhalisinin mütləq əksəriyyəti peyvənd olunacaq. D. Arkuri qeyd edib ki, vətəndaşlar peyvəndlə bağlı qərarlarında müstəqil olacaqlar, eyni zamanda, peyvənd olunan şəxslərin qeydiyyatı üçün platforma yaradılacaq və onlara peyvəndə dair müvafiq arayış təqdim olunacaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib