MAQATE təşkilatı COVID-19-la mübarizəyə dəstək verir
20.11.2020 18:27

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertləri VETLAB baytarlıq laboratoriyalarında COVID-19 xəstəliyinə səbəb olmuş SARS-CoV-2 virusunun mutasiyalarını izləməkdə davam edirlər. Danimarkada su samurlarında və onlardan yoluxmuş insanlarda virusun yeni ştammın aşkarlanması barədə məlumatdan sonra agentliyin nümayəndələri ölkə mütəxəssisləri ilə məlumat mübadiləsi məsələlərini müzakirə ediblər.

 

Aztibb.az bildirir ki, MAQATE-nin Baş direktoru Rafael Mariano Qrossi vurğulayıb: “SARS-CoV-2”-nin yeni ştammlarının izlənməsi MAQATE-nin “Zodiak” layihəsi çərçivəsində prioritet vəzifələrindən biridir. Bu yeni layihə ölkələrə heyvanlardan insana keçən xəstəlikləri aşkarlamağa və onları nəzarətdə saxlamağa kömək edir. Bununla yanaşı, MAQATE-nin dövlətlərə nüvə texnologiyalarına əsaslanan zəruri avadanlıq təqdim edəcəyi bildirilir”.

 

R. Qrossi MAQATE-nin lap əvvəldən koronavirus pandemiyasına qarşı mübarizədə fəal iştirak etdiyini söyləyib. Artıq 120-dən çox ölkə yardım üçün agentliyə müraciət edib. Ümumilikdə onlara 1873 diaqnostika avadanlığı göndərilib.

 

Xatırladaq ki, noyabrın əvvəlində Danimarkada 200-dən çox insanda mənbəyi su samurları olan koronavirusa yoluxma faktı qeydə alınıb. Bundan əlavə, 12 xəstədə mutasiya olunan yeni ştamm aşkarlanıb. İkin məlumatlara görə, virusun bu variantı anticisimlərə qarşı həssaslığın azalması baxımından fərqlənə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib