Həkimlər xəbərdarlıq edir: Ebola və hantavirus ilkin mərhələdə qripə bənzəyir
01.07.2026 11:29

Canadian Medical Association Journal (CMAJ) jurnalında dərc olunan məqalələrdə bildirilib ki, Ebola və hantavirus infeksiyaları ilkin mərhələdə qızdırma, əzələ ağrıları və baş ağrısı kimi qripə bənzər əlamətlərlə başladığı üçün erkən diaqnoz çətinləşə bilər.

 

Aztibb.az məqaləyə istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, hantavirus əsasən yoluxmuş gəmiricilərlə təmas nəticəsində yayılır. Xüsusilə Andes ştammı digər növlərdən fərqli olaraq insandan insana, o cümlədən hava-damcı yolu ilə keçə bilir. Hazırda hantavirusa qarşı təsdiqlənmiş spesifik vaksin və ya antiviral müalicə mövcud deyil. Müalicə əsasən ağır ürək-ağciyər və ya böyrək ağırlaşmalarının qarşısını almağa yönəlmiş dəstəkləyici terapiyadan ibarətdir.

 

Ebola virusunun təbii daşıyıcıları meyvə yarasaları hesab olunur. Yoluxma yoluxmuş şəxsin bioloji mayeləri və çirklənmiş səthlərlə təmas nəticəsində baş verir. Hazırda Zair ştammına qarşı antiviral preparatlar və vaksin sayəsində ölüm göstəricisi əhəmiyyətli dərəcədə azaldılıb.

 

Bununla belə, hazırda Konqo Demokratik Respublikasında qeydə alınan yoluxmalar Bundibuqyo ştammı ilə əlaqələndirilir. Bu ştamma qarşı hələlik rəsmi təsdiqlənmiş vaksin yoxdur və ölüm faizi 50 faizə çata bilir. Alimlər vurğulayırlar ki, bu hallarda erkən diaqnoz, xəstənin vaxtında təcrid olunması və ixtisaslaşmış infeksion yardım həyati əhəmiyyət daşıyır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub