Bu ölkədə Ebola epidemiyası zamanı 1048 yoluxma halı təsdiqlənib, onlardan 267-si ölümlə nəticələnib
24.06.2026 09:31

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Fövqəladə Halları üzrə Xəbərdarlıq və Cavab Əməliyyatları Departamentinin direktoru Abdirahman Mahamud bildirib ki, Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası zamanı təsdiqlənmiş yoluxma hallarının sayı 1048-ə çatıb və onlardan 267-si ölüm ilə nəticələnib.

Aztibb.az "Anadolu Ajansı"na istinadən yazır ki, Abdirahman Mahamud bu barədə Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, KDR-də Ebola epidemiyası yayılmaqda davam edir. “Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin məlumatına əsasən, dünənə olan vəziyyətə görə 1048 təsdiqlənmiş yoluxma halı qeydə alınıb və bunlardan 267-si ölüm ilə nəticələnib. Bu göstərici ölkədə Ebola epidemiyasının ilk ayında qeydə alınan ən yüksək təsdiqlənmiş yoluxma sayıdır”, – deyə Mahamud vurğulayıb.

ÜST rəsmisinin sözlərinə görə, epidemiyanın sürətlə yayılmasına adekvat cavab vermək üçün tədbirlərin miqyası genişləndirilməlidir və bu istiqamətdə artıq mühüm addımlar atılmağa başlanıb.

Mahamud bildirib ki, son iki həftə ərzində 19 səhiyyə müəssisəsində çarpayı sayı 500-dən çox artırılıb. Eyni zamanda, yerli səhiyyə işçiləri epidemioloji nəzarəti gücləndiriblər.

“Getdikcə daha çox insan Ebola təhlükəsinin fərqinə varır, özlərini qorumaq üçün vasitələrə və dəstəyə ehtiyac duyur”, – deyə o əlavə edib.

Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma halı və 65 ölüm faktının qeydə alınmasından sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan olunub.

ÜST isə mayın 17-də yenidən alovlanan Ebola epidemiyası ilə əlaqədar beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Səhiyyə rəsmilərinin məlumatına görə, hazırkı epidemiya Ebola virusunun nadir növlərindən biri hesab olunan “Bundibuqyo” ştamından qaynaqlanır. Bu virus variantına qarşı hazırda təsdiqlənmiş spesifik müalicə üsulu və ya peyvənd mövcud deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır