Alimlər diqqəti idarə edən qədim neyronları aşkar ediblər
24.06.2026 10:32

 

ABŞ-ın Johns Hopkins Universitetinin alimləri diqqətin cəmlənməsini təmin edən və yayındırıcı amilləri boğan qədim neyronlar aşkar ediblər. Bütün onurğalılarda, o cümlədən insanlarda mövcud olan bu neyronların kəşfi diqqət pozğunluqlarının daha məqsədyönlü müalicəsinə yol aça bilər.

 

Aztibb.az "Nature Communications" jurnalında dərc olunan araşdırmaya istinadən yazır ki, bu neyronlar beynin təkamül baxımından qədim hissəsi olan beyin kötüyündə yerləşir və diqqətin vacib məlumat üzərində cəmlənməsinə kömək edir. Alimlər müəyyən ediblər ki, bu neyronlar fəaliyyətini dayandırdıqda heyvanlar ən kiçik yayındırıcı siqnallara belə reaksiya verir, yenidən aktivləşdikdə isə diqqəti bərpa edə bilirlər.

 

Mütəxəssislər bildirirlər ki, seçici məkan diqqəti adlanan bu mexanizm insanlara izdiham içində tanışı tapmağa və ya səs-küylü mühitdə söhbəti izləməyə imkan verir. Bu qabiliyyət autizm və diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DEHB) kimi hallarda pozula bilər.

 

Uzun müddət diqqətin yalnız beynin ön alın payı – prefrontal korteks tərəfindən idarə olunduğu düşünülürdü. Lakin alimlər qeyd edirlər ki, quşlar və balıqlar kimi prefrontal korteksi zəif inkişaf etmiş canlılar da diqqəti cəmləyə bildiklərindən, bu mexanizmin daha qədim beyin strukturlarında yerləşməsi ehtimalı yaranıb.

 

Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübələrdə onların qarşılarındakı ekranda göstərilən vizual məlumatlara fokuslanaraq yan tərəfdəki yayındırıcı siqnalları görməzlikdən gələ bildiklərini müşahidə ediblər. Lakin beyin kötüyündəki həmin neyronlar müvəqqəti olaraq deaktiv edildikdə siçanların diqqəti asanlıqla yayınmağa başlayıb.

 

Alimlər hesab edirlər ki, bu kəşf diqqətin neyrobioloji əsaslarını daha yaxşı anlamağa və gələcəkdə DEHB kimi diqqət pozğunluqlarının müalicəsi üçün yeni üsulların hazırlanmasına töhfə verə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır