Alimlər insanın öz hüceyrələrindən qığırdaq yetişdirməyə çalışırlar
14.08.2026 12:43

Elm və tibb sahəsində aparılan yeni araşdırmalar zədələnmiş qığırdaq toxumasının bərpası ilə bağlı ümidverici imkanlar ortaya qoyur. Alimlər artıq insanın öz hüceyrələrindən istifadə etməklə qığırdaq toxumasının yetişdirilməsini araşdırırlar. Bu yanaşma fantastik ideya deyil, real klinik tədqiqatların predmetinə çevrilib.

Aztibb.az "Medvestik" portalına istinadən yazır ki, bu istiqamətdə əsas diqqət mezenximal kök hüceyrələrə (MKH) yönəlib. Bu hüceyrələr əsasən sümük iliyində və piy toxumasında mövcuddur və müəyyən bioloji siqnalların təsiri ilə qığırdaq, sümük və əzələ toxumasının formalaşmasında iştirak edə bilirlər.

Meksika Milli Politexnik İnstitutunun tədqiqatçıları osteoartritdən əziyyət çəkən pasiyentlərdə zədələnmiş oynaq qığırdaq toxumasının bərpası imkanlarını araşdırıblar. Tədqiqat çərçivəsində mezenximal kök hüceyrələrdən istifadə edilib və onların inyeksiya yolu ilə tətbiqindən sonra zədələnmiş nahiyədə yeni toxumanın inkişafı müşahidə olunub.

Məlumata görə, müalicədən sonrakı 6 ay ərzində qığırdaq toxumasının bərpasına dair nəticələr əldə edilib. Bu yanaşma xüsusilə osteoartrit zamanı zədələnmiş oynaq toxumasının bərpası və xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından perspektivli istiqamət kimi qiymətləndirilir.

Bununla belə, kök hüceyrə əsaslı müalicələrin geniş klinik praktikada tətbiqi üçün onların effektivliyi və təhlükəsizliyinin daha geniş və uzunmüddətli klinik tədqiqatlarla təsdiqlənməsi vacibdir.

Tədqiqatlar davam etdikcə insanın öz hüceyrələrindən istifadə etməklə zədələnmiş toxumaların bərpası regenerativ tibbin ən perspektivli istiqamətlərindən birinə çevrilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır