Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
18.08.2026 10:31

 

Bu gün dünyada milyonlarla insanı narahat edən görmə problemlərindən biri də miopiyadır, yaxın görmə, uzağı isə bulanıq görmə ilə xarakterizə olunan bu vəziyyət, xüsusilə son illərdə gənclər arasında geniş yayılıb.

 

Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov Aztibb.az-a bildirib ki, müasir tibb bu problemin həllində bir sıra effektiv cərrahi metodlar təklif edir.

 

“Miopiya gözün optik sisteminin uzunluğu ilə refraksiya gücü arasındakı uyğunsuzluqdan yaranır. Bunun nəticəsində daxil olan işıq şüaları torlu qişanın üzərində deyil, ondan əvvəl fokuslanır və uzaqdakı obyektlər bulanıq görünür”, deyə Qurban İsmayılov qeyd edib.

 

Şöbə müdiri vurğulayıb ki, hazırda ən çox müraciət olunan üsullardan biri LASIK (Laser-Assisted In Situ Keratomileusis) əməliyyatıdır. Bu zaman lazer vasitəsilə buynuz qişanın forması dəyişdirilərək, işıq şüalarının düzgün fokuslanması təmin edilir. Prosedur ağrısız, sürətli və reabilitasiya dövrü qısa olduğu üçün pasiyentlər arasında populyardır.

 

Yüksək dərəcəli miopiya hallarında isə fakik intraokulyar linzaların (implant edilən linzalar) tətbiqi daha münasib seçim ola bilər. Bu üsulda gözün öz linzası saxlanılmaqla, əlavə bir linza gözün daxilinə yerləşdirilir.

 

“Hər pasiyentin göz quruluşu fərqlidir, ona görə də əməliyyatdan əvvəl ətraflı diaqnostik müayinə aparılması vacibdir. Buynuz qişanın qalınlığı, göz təzyiqi və refraksiya dərəcəsi kimi göstəricilər əsasında ən uyğun metod seçilir”, deyə Qurban İsmayılov əlavə edib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır