SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
17.08.2026 08:57

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu SMA ilə bağlı ianə kampaniyaları və xaricdə tətbiq olunan müalicələrin nəticələrinin elmi şəkildə araşdırıldığını açıqlayıb.

Aztinbb.az "Sondakika" saytına istinadən yazır ki, İstanbulda səhiyyə jurnalistləri ilə görüşən nazir bildirib ki, SMA xəstələri üçün ianələr hesabına xaricdən alınan dərmanların effektivliyi qiymətləndiriləcək.

“İnsanlara vəd verərək SMA ilə bağlı ianə toplanırsa, həmin vədin nəticəsinin nə olduğunu açıqlayacağıq. İanə hesabına alınan SMA dərmanlarından sonra xəstələrin vəziyyətinin yaxşılaşıb-yaxşılaşmadığını elmi şəkildə araşdırırıq”, - deyə nazir bildirib.

Nazir Türkiyədə yerli vaksin və tibbi texnologiyaların istehsalının artırılması istiqamətində də işlərin aparıldığını deyib. Onun sözlərinə görə, 8 yerli vaksinin istehsalı üçün planlaşdırma aparılıb və yaxın həftələrdə onların ən azı 6-sı üzrə müqavilələrin imzalanması nəzərdə tutulur. Türkiyədə hazırda 13 yerli vaksin üzərində iş aparılır.

K.Memişoğlu həmçinin iki şirkətlə ultrasəs cihazlarının istehsalı üzrə müqavilə imzalandığını və iki il ərzində bu cihazların 70 faizdən çoxunun ölkə daxilində istehsal edilməsinin planlaşdırıldığını bildirib.

Səhiyyə naziri Türkiyənin ürək-ağciyər pompası, mobil rentgen və süni tənəffüs cihazları kimi tibbi avadanlıqların istehsalına başladığını, xüsusilə xərçəng, SMA və digər molekulyar xəstəliklərin müalicəsində istifadə olunan dərmanların, eləcə də immunoterapiya preparatlarının ölkə daxilində istehsalına hazırlıq görüldüyünü qeyd edib.

“Türkiyənin hansı dərmanlara və strateji tibbi cihazlara ehtiyacı olduğunu müəyyənləşdirmişik. Hazırda 45 strateji tibbi cihaz müəyyən edilib. Məqsəd bu məhsulların ölkə daxilində istehsalını təmin etməkdir”, - deyə nazir bildirib.

K.Memişoğlu səhiyyə xidmətlərində süni intellekt texnologiyalarından istifadənin də genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, xəstəxanalardan və özəl səhiyyə müəssisələrindən toplanan məlumatlar süni intellekt vasitəsilə təhlil edilir və standartdan kənar göstəricilər risk əsaslı nəzarət sistemi çərçivəsində müəyyənləşdirilir.

Mammoqrafiya görüntülərinin qiymətləndirilməsində süni intellektdən istifadə üzrə də iş aparılır. Bundan başqa, Türkiyədə istehsal olunan mobil rentgen cihazına süni intellekt sistemi inteqrasiya edilib. Sistem görüntülərdə şübhəli lezyonları qısa müddətdə müəyyənləşdirməyə imkan verir.

Nazir bildirib ki, süni intellektin radiologiya da daxil olmaqla səhiyyənin müxtəlif sahələrində tətbiqinin genişləndirilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır