Alzheimer xəstəliyinin müalicəsində yeni ümid - 40 herslik işıq və səs dalğaları tətbiq edildi
22.08.2026 10:39

Saniyədə 40 dəfə təkrarlanan işıq və səs stimulyasiyası Alzheimer xəstəliyi ilə mübarizədə yeni müalicə yanaşmasına çevrilə bilərmi?

Aztibb.az "Biomedya" nəşrinə istinadən yazır ki, Massaçusets Texnologiyalar İnstitutunun tədqiqatçılarının apardığı yeni araşdırma göstərib ki, 40 Hz tezlikli işıq və səs stimulyasiyası Alzheimer modeli olan siçanlarda amiloid və tau zülallarının toplanmasını azaldıb, həmçinin yaddaş funksiyalarını yaxşılaşdırıb.

İnsanlar üzərində aparılan ilkin tədqiqatların nəticələri də ümidvericidir. Erkən məlumatlar beyindəki sinir əlaqələrində müsbət dəyişikliklərin baş verdiyini və beyin həcminin azalması sürətinin yavaşlaya biləcəyini göstərir.

Lakin hazırkı elmi sübutlar hələ məhduddur. Bu metodun insanlarda Alzheimer xəstəliyinin müalicəsində effektiv və təhlükəsiz olduğunu təsdiqləmək üçün daha genişmiqyaslı klinik sınaqlara ehtiyac var.

Sadə görünən 40 Hz-lik işıq və səs ritmi gələcəkdə Alzheimer xəstəliyinə qarşı mübarizədə yeni bir istiqamətin əsasını qoya bilər

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır