Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
17.08.2026 19:26

Azərbaycanın tanınmış cərrah-transplantoloqu, Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi, Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiyasiyasının  İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolanın böyrək transplantasiyası sahəsində növbəti elmi məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub.

 

Aztibb.az xəbər verir ki, “Successful Kidney Transplantation in Turner Syndrome: A Case for Feasibility and Favorable Outcomes” adlı məqalə Clinical Case Reports jurnalında nəşr edilib. Jurnal “PubMed”, “Web of Science” (ESCI, Q3) və “Scopus” (Q3) kimi beynəlxalq elmi məlumat bazalarında indekslənir.

 

Elmi işdə Turner sindromu və son mərhələ böyrək çatışmazlığı olan pasiyentə uğurla həyata keçirilmiş canlı donor böyrək transplantasiyası ilə bağlı klinik təcrübə təqdim olunur. Məqalədə Turner sindromu zamanı müşahidə oluna bilən mürəkkəb anatomik xüsusiyyətlər fonunda ətraflı preoperativ planlaşdırmanın, fərdi yanaşmanın və düzgün cərrahi strategiyanın transplantasiyanın uğurlu nəticəsində mühüm rol oynadığı vurğulanır.

 

Bu klinik təcrübə nadir və mürəkkəb tibbi vəziyyətlərdə böyrək transplantasiyasının mümkünlüyünü göstərməklə yanaşı, belə pasiyentlərin müalicəsində multidissiplinar yanaşmanın əhəmiyyətini də önə çıxarır.

 

Qeyd edək ki, elmi iş daha əvvəl Ulusal Uroloji Kongresi çərçivəsində məruzə edilib və tezis formasında təqdim olunub. Sonrakı mərhələdə tədqiqat genişləndirilərək, klinik məlumatlar və elmi təhlillə zənginləşdirilib və tamhəcmli elmi məqalə kimi beynəlxalq jurnalda nəşr olunub.

 

Məqalənin beynəlxalq elmi bazalarda indekslənən jurnalda dərc olunması Azərbaycanda böyrək transplantasiyası istiqamətində aparılan elmi-tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi baxımından mühüm addımdır. Eyni zamanda, bu nəşr Azərbaycan alimlərinin transplantologiya sahəsində beynəlxalq elmi platformalarda təmsil olunmasının və ölkəmizdə aparılan klinik-elmi fəaliyyətin beynəlxalq səviyyədə tanıdılmasının göstəricisidir.

 
 
 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır