Melanoma peyvəndinin uğurlu nəticələri Moderna səhmlərini 160 faizə yaxın bahalaşdırdı
20.08.2026 11:56

Amerikanın Moderna şirkətinin səhmləri melanoma qarşı fərdiləşdirilmiş mRNT terapiyasının III faza klinik sınaqlarının uğurlu nəticələrindən sonra çərşənbə günü təxminən 160 faiz bahalaşıb. Şirkətin səhmlərinin qiyməti gün ərzində təxminən 163 dollara yüksəlsə də, sonradan artımın bir hissəsi geri çəkilib.

Aztibb.az "Life" portalına istinadən yazır ki, Moderna tərəfindən Merck şirkəti ilə birgə hazırlanan intismeran autogene preparatı immunoterapiyada istifadə olunan Keytruda ilə birlikdə sınaqdan keçirilib. Tədqiqatın əsas məqsədinə nail olunub. Melanoması tam cərrahi yolla çıxarılan pasiyentlərdə bu kombinasiya yalnız Keytruda ilə müqayisədə xəstəliyin təkrarlanmadığı müddəti statistik baxımdan əhəmiyyətli dərəcədə artırıb.

Bundan əlavə, mühüm ikinci nəticə də əldə olunub: uzaq metastazların yaranmadığı müddət yaxşılaşıb. Bununla belə, şirkətlər III faza sınaqlarının effektivliyinə dair dəqiq göstəriciləri hələ açıqlamayıb. Tam nəticələrin beynəlxalq tibbi konfransda təqdim edilməsi və tənzimləyici qurumlara göndərilməsi planlaşdırılır.

Klinik sınaqda dərisi tamamilə çıxarılmış və xəstəliyin geri qayıtma riski yüksək olan IIB–IV mərhələli melanoma diaqnozu qoyulmuş 1137 pasiyent iştirak edib. Onlar təsadüfi qaydada iki qrupa bölünüb: bir qrup intismeran autogene və Keytruda, digər qrup isə yalnız Keytruda qəbul edib. Aralıq təhlil zamanı yeni təhlükəsizlik siqnalları aşkarlanmayıb.

İntismeran autogene hər pasiyent üçün fərdi şəkildə hazırlanır. Bunun üçün şiş nümunəsi analiz edilərək ona xas mutasiyalar müəyyənləşdirilir. Daha sonra immun sisteminə xərçəng hüceyrələrini tanımağı öyrətmək məqsədi daşıyan fərdiləşdirilmiş mRNT terapiyası hazırlanır.

Şirkətin məlumatına görə, bunlar mRNT əsaslı fərdiləşdirilmiş neoantigen terapiyasının III faza klinik sınağında əldə edilən ilk müsbət nəticələrdir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama