Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 09:29

Pirallahı Tibb Mərkəzində vətəndaşlar üçün oftalmoloji tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində yeni imkanlar yaradılıb.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, qurumda ilk dəfə göz əməliyyatlarının icrasına başlanılıb.

 

İlk cərrahi müdaxilə pteriqium diaqnozu ilə müraciət edən pasiyent üzərində uğurla həyata keçirilib. Əməliyyatı həkim-oftalmoloq Gülnar Mirzəyeva icra edib. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

 

Bununla yanaşı, Pirallahı Tibb Mərkəzində göz daxili inyeksiyalar, katarakta əməliyyatları və digər oftalmoloji cərrahi xidmətlər də göstərilir. Sözügedən tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində həyata keçirilir.

 

Pirallahı Tibb Mərkəzində yeni tibbi xidmətlərin yaradılması və inkişaf etdirilməsi, eləcə də keyfiyyətli tibbi yardımın əhali üçün daha əlçatan olması istiqamətində işlər davam etdirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır