Alimlər beynin avtobioqrafik xatirələri necə təşkil etdiyini müəyyənləşdiriblər
23.06.2026 11:22

İtaliyada aparılan neyrovizualizasiya tədqiqatı göstərib ki, insanın avtobioqrafik xatirələri hipokamp və beyin qabığının əlaqəli sahələrində müəyyən “zaman xətti” üzrə təşkil olunur. Araşdırmaya əsasən, həyatın bir-birinə daha yaxın dövrlərinə aid xatirələr beyində daha oxşar neyron təmsillərlə kodlaşdırılır, zaman baxımından uzaq xatirələr isə fərqli sinir aktivliyi nümunələri ilə yadda qalır.

 

Aztibb.az "NeuroImage" jurnalında dərc olunan tədqiqatın nəticələrinə diqqət çəkib.

 

Avtobioqrafik yaddaş insanın şəxsi həyatı ilə bağlı hadisələri və təcrübələri əhatə edir. Bunlara konkret zaman və məkanda baş vermiş hadisələr — məsələn, mühüm görüşlər, ailəvi tədbirlər və ya məktəb illərində yaşanan anlar daxildir. Bu xatirələr epizodik yaddaş kimi hadisələrin emosional və duyğusal detallarını da özündə saxlayır.

 

Yaddaş sistemi yalnız konkret hadisələri deyil, həm də insanın özü ilə bağlı ümumi bilikləri — təhsil aldığı yerlər, iş təcrübəsi və həyat yolu haqqında məlumatları da ehtiva edir. Bu iki yaddaş forması birlikdə şəxsi kimlik hissinin və zaman üzrə davamlılığın formalaşmasına xidmət edir.

 

Tədqiqat çərçivəsində 20 sağlam könüllü iştirak edib. Onlar əvvəlcə həyatlarının müxtəlif dövrlərinə aid mümkün qədər çox şəxsi hadisəni xatırlayıb yazılı şəkildə qeyd ediblər. Daha sonra funksional maqnit-rezonans tomoqrafiya zamanı həmin xatirələrə aid və süni şəkildə yaradılmış neytral stimullar beynə təqdim olunaraq neyron aktivlik izlənilib.

 

Nəticələr göstərib ki, xatirələr hipokamp və onunla əlaqəli beyin sahələrində zaman ardıcıllığına uyğun şəkildə kodlaşdırılır. Sağ hipokamp həm hadisənin məzmununu, həm də onun zaman baxımından yerini müəyyən edir, frontopolyar və retrosplenial qabıq isə yaddaşın zaman strukturunun formalaşmasında əsas rol oynayır.

 

Alimlərin qənaətinə görə, beyin xatirələri sadəcə ayrı-ayrı epizodlar kimi deyil, zaman üzrə əlaqələnmiş bir sistem kimi saxlayır. Bu isə insanın keçmişi daha ardıcıl xatırlamasına və həyat təcrübəsini vahid bir “xronologiya” kimi qavramasına imkan verir.

 

Tədqiqatçılar qeyd edirlər ki, bu mexanizm yaddaşın işləmə prinsipini daha yaxşı anlamağa imkan yaratsa da, nəticələr əsasən gənc və sağlam iştirakçılar üzərində əldə olunub və fərqli yaş qruplarında dəyişə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?