Rektor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yay imtahan sessiyasının gedişi ilə tanış olub  
22.06.2026 09:22

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişi ilə tanış olub.

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, rektor əvvəlcə Stomatologiya fakültəsinin buraxılış kursu tələbələri üçün Uşaq Stomatologiyası fənni üzrə Tədris Stomatoloji Klinikasının Tədris Mərkəzində klinik bacarıqların qiymətləndirilməsi məqsədilə təşkil olunmuş yekun imtahan prosesini izləyib. 
İmtahan zamanı tələbələrin nəzəri biliklərinin və praktik vərdişlərinin qiymətləndirilməsi mərhələləri ilə yaxından tanış olan professor Gəray Gəraybəyli imtahanın təşkili və keçirilməsi barədə tələbələrin fikirlərini də dinləyib.


Daha sonra rektor universitetin 5 saylı Tədris korpusunda yerləşən imtahan zalına baş çəkərək müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr üçün test üsulu ilə təşkil olunmuş imtahanların gedişini müşahidə edib. 

Professor Gəray Gəraybəyli imtahan prosesinin şəffaf, obyektiv və mövcud normativ tələblərə uyğun şəkildə təşkil olunduğunu qeyd edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev