Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub  
13.05.2026 16:35

Ölkəmizdə rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın “Bambino Gesu” Pediatriya Xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, xəstəxananın prezidenti, professor Titsiano Onestinin rəhbərlik etdiyi və tərkibində Səhiyyə direktoru Massimiliano Raponi, Metabolik Xəstəliklər üzrə Klinik və Tədqiqat Bölməsinin rəhbəri Karlo Dionisi Viçi, Beynəlxalq Fəaliyyətlər rəhbəri Sandro Kristaldinin yer aldığı heyət ilə ATU-da görüş keçirilib.

 

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli vatikanlı qonaqlara ölkəmizdə səhiyyə sisteminin davamlı inkişafı istiqamətində aparılan genişmiqyaslı islahatlar, həyata keçirilən mühüm layihələr haqda məlumat verib.

 

Səhiyyə sahəsində, xüsusən pediatriya üzrə qlobal əməkdaşlıqdan da danışan rektor beynəlxalq əlaqələrin ölkələrin səhiyyə sistemlərinin sürətli inkişafının təmin olunması, eyni zamanda müasir tibbi biliklərin paylaşılması baxımından böyük əhəmiyyət daşıdığını, ATU-nun da belə əlaqələrin qurulmasına hər zaman maraq göstərdiyini diqqətə çatdırıb.

 

“Bambino Gesu” Xəstəxanasının prezidenti, professor Titsiano Onesti də səfərin məqsədindən söz açaraq, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildiyini, eyni zamanda Azərbaycan, o cümlədən ATU ilə pediatriya sahəsində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

Daha sonra qonaqlar Azərbaycan Tibb Universitetinin yaranma tarixi və fəaliyyət sahələrini əks etdirən təqdimat videosunu izləyiblər.

 

Ardınca Səhiyyə direktoru Massimiliano Raponi “Bambino Gesu”nun ümumi fəaliyyəti, akademik muhit  və elmi-tibbi araşdırma istiqamətləri,  Beynəlxalq Fəaliyyətlər rəhbəri Sandro Kristaldi isə xəstəxananın yaranma tarixi və inkişaf mərhələləri, həmçinin beynəlxalq əməkdaşlıq üzrə geniş təqdimatla çıxış edib.

 

Metabolik Xəstəliklər üzrə Klinik və Tədqiqat Bölməsinin rəhbəri Karlo Dionisi Viçi isə təqdimatında metabolik xəstəliklər, diaqnoz və müalicə yolları ilə yanaşı, Azərbaycanla əməkdaşlıq imkanları və əlaqələrin daha da dərinləşdirilməsi üçün İtaliya tərəfinin təklifləri barədə ətraflı məlumat verib.

 

Qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən əməkdaşlıq perspektivlərinin istiqamətləri üzrə geniş fikir mübadiləsindən sonra vatikanlı qonaqlar universitetin Tədris Cərrahiyə klinikasını ziyarət edərək, Neonatologiya şöbəsində yaradılan mövcud şəraitlə yaxından tanış olublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev