Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Beynəlxalq yaşıl hidrogen laboratoriyası yaradılır    
10.06.2025 11:12

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutu arasında Beynəlxalq yaşıl hidrogen laboratoriyasının (International Green Hydrogen Laboratory) yaradılması haqqında razılaşma imzalanıb.

 

Bu barədə Aztibb.az-a Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan xəbər verilib.

 

Bildirilib ki, razılaşma Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev və Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Grigor Tatişvili tərəfindən imzalanıb.

 

İmzalanan razılaşmanın məqsədi yaşıl hidrogenin istehsalı, saxlanması, daşınması və tətbiqi sahəsində birgə tədqiqatlar, texnoloji innovasiyalar, akademik əməkdaşlıq və bilik mübadiləsi üçün multidissiplinar platforma yaradılmasıdır.

 

Yaradılacaq laboratoriya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi-tədqiqat bölməsi - Nanoelektrokimya və Elektrokataliz laboratoriyası (Azərbaycan tərəfi) və Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun elmi-tədqiqat bölməsi - Tətbiqi kimya şöbəsi (Gürcüstan tərəfi) bazasında formalaşdırılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev