Ebola epidemiyası yaxın 30 gündə Avropaya çata bilər - Alimlər xəbərdarlıq edir
17.06.2026 11:23

Yaponiyalı alimlərin apardıqları riyazi modelləşdirmə göstərib ki, Ebola virusuna yoluxmuş şəxslər yaxın 30 gün ərzində Konqo Demokratik Respublikası və Uqandadan Avropa və Yaxın Şərqin ən böyük hava nəqliyyatı mərkəzlərinə çata bilərlər.

 

Aztibb.az  "NBC news" nəşrinə istinadən yazır ki, araşdırmanın nəticələrinə görə, ən azı bir yoluxmuş sərnişinin ölkəyə daxil olma ehtimalı Belçika üçün 92%, Fransa üçün 91%, BƏƏ üçün 88%, Türkiyə üçün isə 86% təşkil edir.

 

Tədqiqat müəllifləri bildiriblər ki, bu proqnozlar beynəlxalq epidemioloji vəziyyətin operativ monitorinqi üçün əsas yaradır. Bununla belə, virusa yoluxmuş şəxsin ölkəyə daxil olması həmin ərazidə infeksiyanın yayılacağı anlamına gəlmir.

 

Araşdırma 569 mindən çox aviareys marşrutu və 330 milyon sərnişin haqqında məlumatların təhlili əsasında hazırlanıb. Alimlərin fikrincə, Ebola xəstələrinin 65 faizə qədəri uzun inkubasiya dövrünə görə hava limanlarında aparılan nəzarətdən yayınaraq aşkarlanmaya bilər. Çünki bu mərhələdə xəstəliyin əlamətləri hələ özünü göstərmir.

 

Mütəxəssislər xatırladırlar ki, Ebola virusu yalnız yoluxmuş şəxsin bioloji mayeləri ilə sıx təmas nəticəsində ötürülür və hava-damcı yolu ilə yayılmır.

 

Ekspertlər risk zonalarından gələn sərnişinlər üzərində nəzarətin gücləndirilməsini tövsiyə etsələr də, hazırda təşviş üçün ciddi əsas olmadığını, əsas məqsədin səhiyyə xidmətlərinin mümkün risklərə hazır vəziyyətdə saxlanılması olduğunu vurğulayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır