"Havaların soyuması yoluxmaların artmasına səbəb olur" - TƏBİB  
20.11.2020 10:32

Əvvəl Azərbaycanda COVID-19-a görə gündəlik edilən test sayının təxminən 10 faizi pozitiv olurdusa, indi bu say daha da artıb. Bu da onu göstərir ki, COVID-19-a yoluxma ilə bağlı kritik günlər hələ davam edir.

 

Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

 

Yoluxma sayındakı artımın yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edildiyini deyən V.Əliyevin sözlərinə görə, havaların soyuması yoluxmaların daha da artmasına səbəb olur. Bununla yanaşı, insanların qapalı məkanlardan daha çox istifadə etməsi təmas hallarını da artırır. Bu isə öz növbəsində yoluxma sayının yüksəlməsinə səbəb olur.

 

V.Əliyev bildirib ki, ictimai nəqliyyat da yoluxma üçün əsas mənbələrdən biridir. Buna görə də insanlar yaxın məsafədə olduqları zaman mütləq qaydada tibbi maskadan istifadə etməlidirlər:

 

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir çox insanlar maskadan düzgün istifadə etmirlər. Görünən odur ki, biz ancaq peyvənd barədə düşünürük. Yalnız maskanı düzgün taxmaq və ara məsafəni qorumaqla yoluxmanın qarşısını ala bilərik. Parça maskaların qoruyuculuq qabiliyyəti yoxdur və onlar virusu keçirə bilir. Yalnız tibbi maskalardan istifadə düzgündür”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib