Azərbaycanda qastroenterologiya sahəsi üzrə hazırlanmış ilk fundamental dərslik - “Klinik qastroenterologiya”
10.06.2026 16:24

Azərbaycan tibb ədəbiyyatında qastroenterologiya sahəsi üzrə ilk dəfə hazırlanmış fundamental dərslik - “Klinik qastroenterologiya” işıq üzü görüb.

 

Aztibb.az xəbər verir ki, dərslik Prezident təqaüdçüsü, tibb üzrə fəlsəfə doktoru, dosent Rasim Hətəm oğlu Quliyevin redaksiyası ilə nəşr olunub.

 

Kitabda həzm sistemi orqanlarının xəstəlikləri, onların etiologiyası, patogenezi, klinik əlamətləri, müasir diaqnostika üsulları və müalicə prinsipləri elmi əsaslarla sistemli şəkildə şərh edilib. Dərslik beynəlxalq tibbi standartlar və müasir qastronterologiyanın son nailiyyətləri nəzərə alınmaqla hazırlanıb. Kitab ali tibb məktəblərinin tələbələri, rezidentlər, qastroenteroloqlar, terapevtlər və digər ixtisas həkimləri üçün etibarlı tədris vəsaiti kimi mühüm əhəmiyyət daşıyır.

 

Nəşr Azərbaycan dilində tibbi tədris ədəbiyyatının zənginləşdirilməsinə və qastroenterologiya elminin inkişafına mühüm töhfə verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar