Tütünçəkənlər yeni növ koronavirusun risk qrupuna aid edilirlər
19.11.2020 18:05

Tütündən istifadə edənlərin xüsusi risk qrupuna aid olduğunu deyirlər. Hər il noyabrın üçüncü cümə axşamı Ümumdünya Tütündən İmtina Günü qeyd edilir. Həmin gün 1977-ci ildə ABŞ-ın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilib. Son illər ölkəmizdə də tütündən istifadənin azaldılması sahəsində xeyli iş görülüb. 2017-ci il dekabrın 1-də Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun qəbul edilməsi bu sahədə ən uğurlu addımdır. Həmin Qanunun qəbulundan sonra da tütünün sağlamlığa vurduğu zərərin azaldılması üçün ardıcıl tədbirlər həyata keçirilib.

 

Tütünçəkənlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların risk qrupuna daxildir. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Büllurə Yusifova məlumat verərək deyib: “Nəfəs aldığımız havanın içərisində xeyli yad molekullar var. Həmin hava tənəffüs yollarından keçərək təmizlənir və ağciyərə daxil olur. Tütüncəkənlərdə isə bu təmizləmə prosesi pozulur. Məlum olduğu kimi, tütün tüstüsünün tərkibində nikotin var. Nikotin tənəffüs yollarının selikli qişasını pozaraq bəlğəmin yaranmasına səbəb olur. Tütünçəkənlərin hamısı bəlğəmli öskürəkdən əziyyət çəkir. Təmizləmə prosesin pozulduğuna görə tənəffüs yollarının yoluxucu xəstəliklərinin yaranma ehtimalı iki dəfə artır. Məhz buna görə də tütünçəkənləri yeni növ koronavirusun risk qrupuna aid edirlər. Onlarda infeksiya daha ağır formada keçir. Yüngül gedişli xəstəlik zamanı yuxarı tənəffüs yolları, ağır formada keçən xəstəlik zamanı aşağı tənəffüs yolları, yəni ağciyərlər zədələnir. Koronavirus infeksiyası zamanı həm sağ, həm sol ağciyərin zədələnməsi baş verir və ağır tənəffüs çatışmazlığı nəticəsində insanlar həyatını itirirlər. Ona görə də tütünçəkənlərin bu zərərli vərdişdən imtina etməsi ən doğru çıxış yolu olardı”.

 

Tütündən istifadədən imtina barədə danışan İSİM-in nümayəndəsi deyib: “Hər bir tütünçəkənə fərdi qaydada yanaşmaq lazımdır. Nikotin həm də asılılıq yaradan maddədir. Məsələn, gündə bir qutu tütün çəkən onu tərgidə bilər. Gün ərzində üç qutu tütün çəkənin ondan tədricən imtina etməsi məsləhət görülür. Tütün yalnız ondan aktiv istifadə edənlər üçün zərərli deyil, həm də onun tüstüsünə məruz qalan, yəni passiv istifadəçilərinin orqanizmi üçün də zərərlidir və qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olur. Passiv tütünçəkənlərdə də ürək-damar, onkoloji və tənəffüs sisteminin xroniki xəstəlikləri baş verir. Aparılan araşdırmaya görə, passiv tütünçəkənlər arasında ağciyər, böyrək, gənc qadınlarda süd vəzinin xərçəngi daha çox rast gəlinir, uşaqların ümumi sağlamlığına da mənfi təsir göstərir. Adətən tütün tüstüsünə məruz qalan uşaqlar digərlərindən immunitetin aşağı olması ilə seçilirlər. Həmin uşaqlar daha tez-tez xəstələnir və allergik xəstəliklərə meyilli olurlar. Yeniyetməlik dövründə onlarda tütünçəkməyə meyillik daha çox olur. Təəssüf ki, bizim ölkəmizdə qadınlar arasında da tütün çəkməyə meyil var və bu hal getdikcə artır. Qeyd etmək istəyirəm ki, tütünçəkən qadınların 42 faizində sonsuzluq baş verir, qalan hissəsində isə həm hamiləlik, həm də doğuş ağırlaşmalarla keçir. Onların dünyaya gətirdikləri körpələr ya vaxtından əvvəl və ya az çəkili olur. Həmin körpələr dünyaya gəldikdən sonra onlarda nikotin asılılığı baş verir, belə uşaqlarda qəfləti ölüm sindromu daha çox rast gəlinir”.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Ana qızının bağışladığı qaraciyərin sağ payı ilə sağlam şəkildə həyata bağlandı - Mərkəzi Klinikada uğurlu əməliyyat
Zəngin iş təcrübəsinə malik peşəkar həkim Tahirə Məmmədova - Həkimlərimizi tanıyaq!