Süni tənəffüs aparatında olan koronaviruslu xəstələrin sayı açıqlanıb
19.11.2020 14:48

“Artıq tədbirlərin görülməsi və sizə müraciət etməyin vaxtıdır”.

 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

O, bildirib ki, bu gün intensiv terapiya bölmələrində müalicə alan xəstələrin sayı 409-a, süni tənəffüs aparatına qoşulanların sayı isə 45-ə çatıb: "Hər zaman bu məsələni qeyd edirəm, nəzərinizdə saxlayın ki, bir intensiv terapiya şöbəsində müalicə alan xəstənin müalicə müddəti ilə stasionar şöbədə müalicə alan xəstənin müalicə müddəti eyni deyil. Yəni, bu yataqların doluluq müddəti fərqlidir. İntensiv terapiya şöbəsinə düşən xəstə uzun müddət, ən azı 2-3 həftə müalicə alır. Bu da yataqların doluluq müddətinin uzadılması deməkdir. Bunu çox ciddi nəzərə almalıyıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib