Müharibə illərinin gizli arxivi - Siçanın ağciyərindən alınan unikal vaksin
22.05.2026 14:46

Rusiya Elmlər Akademiyasının Arxivində müharibə illərində yerli alimlərin hazırladıqları layihələrə dair yeni aşkar edilmiş sənədlər açıqlanıb. Bu ixtiraların bir çoxu sadə görünməsinə baxmayaraq, Qələbənin qazanılmasına mühüm töhfə verib.

 

Aztibb.az xəbər verir ki, “İzvestiya” qəzeti Böyük Vətən müharibəsi dövründə sovet alimlərinin hazırladıqları ən maraqlı elmi yeniliklərlə bağlı arxiv materiallarını təqdim edib.

 

Həmin işləmələr sırasında şaxtalı havalarda tankların qızdırılması üçün alovsuz briketlər, oksigen, yonqar və mamır əsasında hazırlanan partlayıcı maddələr, həmçinin yoluxdurulmuş siçanların ağciyərlərindən əldə edilən vaksinlər yer alır.

 

Ekspertlərin fikrincə, cəbhə şəraitində tətbiq edilən çoxsaylı ixtiralar olmasaydı, müharibənin müddəti xeyli daha uzun çəkə bilərdi.


Müharibə dövrü hərbi həkimlərinin ən diqqətçəkən tapıntılarından biri isə blokada şəraitində olan Leninqradda hazırlanan səpkili yatalaq vaksini idi. Vaksinin müəllifləri Paste adına Epidemiologiya və Mikrobiologiya İnstitutunun alimləri olub.

 

Ağır sanitar vəziyyət şəhərdə ən təhlükəli və ölümcül epidemiyalardan biri hesab olunan səpkili yatalağın sürətlə yayılmasına səbəb olurdu. Eyni zamanda vaksinlərin klassik istehsal üsulları çoxlu sayda dovşan və digər iri heyvanlar tələb edirdi ki, həmin dövrdə onların çatışmazlığı ciddi problem idi.

 

Buna görə də alimlər 1942-ci ildə xəstəlik törədicisi ilə yoluxdurulmuş siçanların ağciyər toxuması əsasında vaksin istehsalını mənimsədilər. Hazırlanan preparat hərbçilərin, həkimlərin, müdafiə müəssisələrinin əməkdaşlarının və uşaq evlərində yaşayan uşaqların immunlaşdırılması üçün istifadə olunurdu.

 

 Blokada dövründə institut faktiki olaraq “epidemiyaya qarşı qərargah”a çevrilmişdi. Görülən tədbirlər nəticəsində şəhərdə kütləvi epidemiyaların qarşısını almaq mümkün olmuşdu.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır