Öd daşlarının yaranmasına təsir edən əsas risk faktorları
22.05.2026 16:35

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim–cərrahı Azad Hüseynov Aztibb.az-a öd daşı xəstəliyi barədə məlumat verib.

 

Həkim bildirib ki, öd daşı xəstəliyi (xolesistit və ya xolesistolitiaz) öd kisəsində sərtləşmiş duz və xolesterin yığıntılarının əmələ gəlməsi ilə yaranan ciddi bir problemdir. Bu daşlar uzun müddət heç bir əlamət verməyə bilər, lakin hərəkət etdikdə və öd axınını blokladıqda kəskin ağrılar və ağırlaşmalar yarada bilər.

 

Azad Hüseynov qeyd edib ki, öd daşı xəstəliyinin ən tipik əlaməti sağ qabırğaaltı nahiyədə qəfil başlayan, sağ çiyinə və kürəyə vurub yayılan kəskin ağrıdır. Bu ağrı adətən yağlı yeməklərdən sonra artır. Bundan başqa, ürəkbulanma, qusma, ağızda acı dad, köp və həzm pozğunluğu da tez-tez müşahidə edilir.

 

Onun sözlərinə görə, öd daşlarının yaranmasına təsir edən əsas risk faktorları bunlardır:

* Yağlı və nizamsız qidalanma
* Xolesterinin yüksək olması
* Piylənmə
* Hormonal dəyişikliklər
* Uzunmüddətli aclıq və ya çox sürətli arıqlama
* Genetik meyillilik

 

Azad Hüseynov qeyd edib ki, xəstəliyin diaqnostikasında ən etibarlı üsul ultrasəs müayinəsidir. Müalicə isə daşın ölçüsü, sayı və yaratdığı fəsadlardan asılı olaraq təyin edilir. Kiçik daşlar bəzən sxematik müalicə ilə nəzarətdə saxlanıla bilər, lakin əksər hallarda ən effektiv və təhlükəsiz həll laparoskopik cərrahi müdaxilə — öd kisəsinin çıxarılmasıdır.

 

Həkim vurğulayıb ki, öd daşı xəstəliyinin vaxtında aşkar olunmaması kəskin iltihab, öd yollarının tutulması, pankreatit və digər ağırlaşmalara səbəb ola bilər. Buna görə də uzunmüddətli sağ qabırğaaltı ağrılar, həzm pozğunluğu və acı dad kimi əlamətlər hiss edildikdə gecikmədən mütəxəssisə müraciət etmək vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır