Tez-tez angina və xoruldama ciddi problemin əlaməti ola bilər
21.05.2026 15:01
Tədris Cərrahiyyə Klinikasında adenoid vegetasiyası və xroniki tonzillitdən əziyyət çəkən pasiyentlərdə uğurlu cərrahi əməliyyatlar icra olunur.
ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının Otorinolorinqologiya şöbəsinin cərrahı Cabbar Cəlilov Aztibb.az-a bildirib ki, adenotomiya əməliyyatı burun-udlaq nahiyəsində yerləşən adenoid vegetasiyasının hipertrofiyası zamanı tətbiq edilir və ümumi anesteziya altında həyata keçirilir. Bu xəstələrin əsas şikayətləri burun tənəffüsünün çətinləşməsi, gecə xoruldama və bəzi hallarda gecə apnoeları olur.
Həkimin sözlərinə görə, xüsusilə gecə apnoesi müşahidə olunan uşaqlarda əməliyyat həyati göstəriş hesab edilir. Ən kiçik əməliyyat olunan pasiyentin 2 yaş yarım, ən böyük pasiyentin isə 42 yaşında olduğu qeyd edilib.
Dosent C.Cəlilov həmçinin bildirib ki, xroniki tonzillitdən əziyyət çəkən xəstələrdə tonsillektomiya əməliyyatı həyata keçirilir. Bu xəstələr adətən tez-tez təkrarlanan angina, xroniki yorğunluq, halsızlıq və oynaq ağrıları şikayətləri ilə müraciət edirlər.
Əməliyyatların xəstənin toxuma xüsusiyyətindən asılı olaraq müxtəlif üsullarla – klassik və ya kouter vasitəsilə icra olunduğunu deyən həkim qeyd edib ki, planlı şəkildə aparılan bu əməliyyatlarda ciddi fəsadlara nadir hallarda rast gəlinir. Ən çox müşahidə olunan hal əməliyyatdan sonrakı qanaxmalar olsa da, düzgün qulluq və tibbi tövsiyələrə əməl olunduqda bu risk minimuma enir.
Mütəxəssis həmçinin yay aylarında bu tip əməliyyatların aparılmasının təhlükəli olması ilə bağlı yayılan fikirlərin doğru olmadığını bildirib. Onun sözlərinə görə, müasir şərait və düzgün nəzarət sayəsində əməliyyatdan sonrakı dövr təhlükəsiz şəkildə keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

