Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında kolposkopiyanın rolu
13.05.2026 09:34

Kolposkopiya qadın sağlamlığının qorunmasında mühüm rol oynayan müayinə üsullarından biridir. Bu müayinə zamanı uşaqlıq boynu xüsusi optik cihaz vasitəsilə böyüdülərək daha detallı qiymətləndirilir.

 

Bu barədə Aztibb.az-a məlumat verən ATU-nun I Mamalıq-ginekologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının ginekoloqu Sevinc İsmayılova bildirib ki, kolposkopiya əsasən PAP-test nəticələrində dəyişiklik aşkar olunduqda, HPV infeksiyasına şübhə yarandıqda, uşaqlıq boynunda yara və ya digər patoloji hallar müşahidə edildikdə təyin edilir. Müayinə ağrısızdır, qısa müddətdə aparılır və problemlərin erkən mərhələdə aşkarlanmasına imkan yaradır.


Sevinc İsmayılova qeyd edib ki, qadınlar xüsusilə aktiv cinsi həyata başladıqdan sonra mütəmadi ginekoloji müayinədən keçməlidirlər. Adətən, 21 yaşdan sonra PAP-test və ginekoloji yoxlanışlar tövsiyə olunur. Əgər analizlərdə dəyişiklik aşkarlanarsa, həkim əlavə olaraq kolposkopiya məsləhət görə bilər.


Həkim vurğulayıb ki, uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanması gələcəkdə ciddi fəsadların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Buna görə də qadınlara profilaktik müayinələri gecikdirməmək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır