“Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” adlı simpozium keçirilib
18.05.2026 15:05
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlar Dərnəyi, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin dəstəyi ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktik simpozium keçirilib.
Bu barədə Aztibb.az-a Gömrük Hospitalından bildirilib.
Elmi-praktik simpoziumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb və simpoziumun işinə uğurlar arzulayıb. O, çıxışında simpoziumun əsas məqsədinin təcili allerqologiya sahəsində müasir diaqnostika və müalicə metodlarının müzakirəsi, bu istiqamətdə qabaqcıl tibbi yanaşmaların paylaşılması, eləcə də mütəxəssislər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsi olduğunu vurğulayıb. İsmayıl Əfəndiyev tədbirin həkim və rezidentlərin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Hibrid formatda həyata keçirilmiş simpoziumun rəsmi açılış hissəsində, eyni zamanda, Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi Lalə Allahverdiyeva da çıxış edib, simpoziumun elmi proqramının zənginliyindən bəhs edərək iştirakçıları aktiv olmağa dəvət edib.
Rəsmi açılış hissəsindən sonra simpozium elmi hissə ilə öz işini davam etdirib. Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi Lalə Allahverdiyeva və Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Baş Tibb İdarəsinin Terapiya şöbəsinin rəisi, t.ü.f.d. Nigar Bağırovanın moderatorluğu ilə baş tutmuş “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” mövzusunda birinci panelində Milli Onkologiya Mərkəzinin anestezioloq-reanimatoloqu Nərminə Əzizova tərəfindən “Anafilaksiya zamanı təcili tibbi yardımın göstərilməsinin müasir alqoritmləri”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tərəfindən “Ağır kəskin toksiko-allergik vəziyyətlər: Stivens-Conson sindromu və toksik epidermal nekroliz (Layell sindromu)”, Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının allerqoloqu, dosent Aynur Ağayeva tərəfindən “DRESS-sindrom: klinika, diaqnostika və müalicə” və Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi Lalə Allahverdiyeva tərəfindən “Allergen immunoterapiyanın (AİT) perspektivləri” mövzularında məruzələr təqdim edilib.
Simpoziumun “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” mövzusunda ikinci paneli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının allerqoloqu, dosent Aynur Ağayevanın moderatorluğu ilə keçirilib. İkinci paneldə isə Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının pediatrı, assistent Zərifə Məmmədova tərəfindən “Uşaqlarda və böyüklərdə qida mənşəli anafilaksiya”, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Baş Tibb İdarəsinin Terapiya şöbəsinin rəisi, t.ü.f.d Nigar Bağırova tərəfindən “Toksiko-allergik sindromlar zamanı ekstrakorporal detoksikasiya üsullarının tətbiqi”, Mərkəzi Gömrük Hospitalın anestezioloq-reanimatoloqu Xəyal Məmmədov “Kontrast maddələrin yeridilməsi zamanı anafilaktoid reaksiyalar”, Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının immunoloqu, assistent Ləman Cəfərova tərəfindən “Xronik spontan övrənin müalicəsinə yeni yanaşma” və KTM-nin Toksikologiya şöbəsinin həkimi, Azərbaycan Milli Antidoping Agentliyinin Müşahidə Şurasının üzvü İnarə Ağabalayeva tərəfindən “Həşərat sancmaları zamanı anafilaksiya” mövzularında təqdimatlar edilib və məruzəçilər tərəfindən suallar cavablandırılıb.
Qeyd edək ki, allerqoloq, toksikoloq, anestezioloq-reanimatoloq, terapevt, pediatr və təcili tibbi yardım həkim və rezidentləri üçün nəzərdə tutulmuş elmi-praktik simpoziumda 300-ə yaxın mütəxəssis iştirak edib və tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya qaydaları üzrə akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

