ATU əməkdaşının WUF13-də “Şəhərsalma və insan sağlamlığı” mövzusunda çıxışı maraqla qarşılanıb  
22.05.2026 16:09

 Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş tədbirdə iştirak edib.  

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə baş tutan “Sirkulyar və yaşıl iqtisadiyyata keçid: dayanıqlı şəhərsalma çağırışları və imkanları” adlı tədbirdə ATU əməkdaşı  “Şəhərsalma və insan sağlamlığı” mövzusunda çıxış edib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, məruzəçi çıxışında  “Ekoloji təhlükəsizlik” anlayışı, şəhərsalma prosesinin əhalinin sağlamlığının qorunmasına yönəlmiş strateji yanaşma tələb etməsi, bu sahədə aparılan ekoloji tədqiqatlar kimi mühüm aspektlərə toxunub. Natiq bildirib ki, müasir şəhərsalma prosesi sadəcə mühəndislik və memarlıq fəaliyyəti deyil, mahiyətcə daha genişmiqyaslı tibbi-profilaktik və strateji ictimai səhiyyə konsepsiyası kimi qəbul edilməlidir. Həmçinin yeni yaşayış komplekslərinin inşası zamanı layihələrdə “hava dəhlizləri”nin qurulması və planlaşdırmanın profilaktik təbabət prinsiplərinə əsaslanaraq hazırlanması şəhərsalmanın mütləq şərtlərindən biri kimi nəzərdə tutulmalıdır.

 

Şəhərsalma və insan sağlamlığı ilə bağlı konkret və aktual məsələləri önə çəkən ATU əməkdaşının çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Böyük Metropolislərin Dünya Assosiasiyasının Baş katibliyinin siyasət üzrə məsul əməkdaşı Oskar Nunyez, Azərbaycan Dövlət  İqtisad Universitetinin İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini Zahid Fərrux Məmmədov, Xəzər Universitetinin Dünya iqtisadiyyatı üzrə doktorantı, araşdırmaçı-yazıçı Nik Nvolisanın da çıxış etdiyi tədbir interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır