Süni intellekt depressiyada olan gənclərin dərd ortağına çevrilir
20.05.2026 09:36

Almaniyanın Depressiyaya Yardım və İntiharın Qarşısının Alınması Fondunun araşdırmasına görə, 16–39 yaş arasındakı depressiya xəstələrinin 35 faizi xəstəlikləri haqqında süni intellekt (Sİ) dəstəkli çat-botlarla ünsiyyət qurur.

 

Aztibb.az "Deutsche Welle" nəşrinə istinadən yazır ki, Fondun məlumatına əsasən, xəstələr süni intellektlə insanla danışırmış kimi uzun dialoqlar aparır. Nəticələr bu yaş qrupundan təxminən 2 min 500 nəfərin iştirak etdiyi reprezentativ sorğunun məlumatlarına əsaslanır.

 

Niyə süni intellekt?

 

Süni intellektdən istifadə edən xəstələrin 56 faizi “depressiya ilə bağlı problemlərini kiminləsə bölüşmək istədikləri” üçün çat-botlara müraciət etdiklərini bildirib. Respondentlərin 46 faizi xəstəliyini nəzarət altına almağa ümid etdiyini, 41 faizi isə mənəvi dayaq və dəstək axtardığını deyib. Təxminən 40 faiz iştirakçı isə Sİ vasitəsilə müalicə və terapiya üsulları haqqında məlumat əldə etdiyini qeyd edib.

 

Sorğuda iştirak edənlərin böyük əksəriyyəti təcrübələrini müsbət qiymətləndirib. Respondentlərin 85 faizi süni intellektlə apardıqları söhbətləri “faydalı” hesab etdiyini bildirib.

 

Süni intellekt iştirakçıların 92 faizi tərəfindən anlayışlı, 89 faizi tərəfindən isə hörmətcil kimi qiymətləndirilib. Respondentlərin 75 faizi bu söhbətlərdən sonra özünü daha güclü hiss etdiyini bildirib. Təxminən üçdə ikisi — yəni 65 faiz isə süni intellektlə dialoqun onlarda yaxınlıq hissi yaratdığını qeyd edib.

 

Mənfi təcrübələr və ciddi narahatlıqlar da var

 

Bəzi istifadəçilər mənfi təcrübələrini də bölüşüblər. Depressiyadan əziyyət çəkən iştirakçıların 57 faizi kompüter proqramı ilə danışmağın onları daha da sıxdığını hiss etdiklərini bildirib. Respondentlərdən biri deyib: “Qarşındakının real, hiss edən bir insan deyil, anlayış göstərmək üçün proqramlaşdırılmış süni intellekt olduğunu bilmək mənfi hiss yaradır.”

 

Fond xüsusilə bir nəticənin narahatlıq doğurduğunu vurğulayıb: sorğuda iştirak edənlərin 53 faizi süni intellektdən istifadə etdikdən sonra özünə zərər vermək və ya intihar düşüncələrinin artdığını bildirib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır