ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu ürək əməliyyatı  
18.05.2026 15:29
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 65 yaşlı qadın pasiyent üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib.
 
Klinikadan Aztibb.az-a verilən məlumata görə, əməliyyat klinikanın ürək-damar cərrahı, dosent Mirəli Məcidovin rəhbərliyi ilə icra olunub.
 
Pasiyent klinikaya əsasən təngnəfəslik, fiziki hərəkət zamanı yorğunluq və ara-sıra yaranan ürəkdöyünmə şikayətləri ilə müraciət edib. Aparılan geniş müayinələr və exokardioqrafiya nəticəsində xəstədə ciddi mitral qapaq darlığı aşkarlanıb.
 
Dosent Mirəli Məcidov bildirib ki, pasiyentin yaşı nəzərə alınaraq ilkin mərhələdə koronar angioqrafiya icra olunub. Müayinənin nəticələrinə əsasən koronar damarlarda ciddi problem aşkarlanmadığından yalnız mitral qapağa cərrahi müdaxilə qərarı verilib.
 
Əməliyyat ümumi anesteziya altında aparılıb. Median sternotomiya üsulu ilə döş qəfəsi açıldıqdan sonra xəstə süni qan dövranı aparatına qoşulub və ürək müvəqqəti dayandırılıb. Təftiş zamanı mitral qapağın ciddi kalsifikasiyaya uğradığı və qapaq darlığının ağır olduğu müəyyən edilib. Zədələnmiş qapaq tam şəkildə çıxarılıb və onun yerinə mexaniki mitral klapan implantasiya olunub.
Cərrahi müdaxilə uğurla başa çatıb. Pasiyent əməliyyatdan sonrakı dövrü stabil keçirərək sağlam vəziyyətdə evə buraxılıb.
 
Dosent Mirəli Məcidov qeyd edib ki, mitral qapaq stenozu ən çox uşaqlıq dövründə keçirilmiş revmatizmin fəsadı kimi ortaya çıxır. Vaxtında düzgün müalicə və mütəmadi exokardioqrafik nəzarət aparılmadıqda qapaq aparatında ciddi zədələnmə yaranır və nəticədə mitral qapaq çatışmazlığı və ya stenoz inkişaf edir. Onun sözlərinə görə, bu cür qapaq patologiyalarının bir hissəsi anadangəlmə olsa da, əksər hallarda sonradan qazanılmış ürək qüsurları üstünlük təşkil edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır