Mərkəzi Gömrük Hospitalının həkimi Hong Kongda baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu barədə çıxış edib  
14.05.2026 12:28
Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, yüksəkixtisaslı həkim-patomorfoloq, uzman həkim Zərifə Yusifli Çinin Hong Kong şəhərində Asiya Sitologiya Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu I Asiya Sitolopatologiya Konfransında məruzəçi qismində iştirak edib.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, tədbir çərçivəsində Zərifə həkim “Baş-beyin törəmələrinin diaqnostikasında sitologiyanın rolu” mövzusunda elmi məruzə ilə çıxış edərək baş-beyin törəmələrinin erkən və dəqiq diaqnostikasında sitoloji müayinələrin əhəmiyyəti, hüceyrə nümunələrinin qiymətləndirilməsində istifadə olunan müasir metodlar, eləcə də yeni molekulyar yanaşmaların diaqnostik dəqiqliyin artırılmasında rolu barədə məlumat verib.
 
Konfrans çərçivəsində müasir diaqnostika metodları, yeni klassifikasiyalar, eləcə də sitoloji materialların innovativ molekulyar üsullarla müayinəsi ilə bağlı ən son elmi yanaşmalar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır