Naxçıvanda ginekoloji müayinə aksiyasına başlanılıb
13.05.2026 13:24

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvanda həyata keçirilən ginekoloji müayinə aksiyasının ilk günü başa çatıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-də təşkil olunan aksiya çərçivəsində sakinlər tanınmış mama-ginekoloqlar – tibb üzrə fəlsəfə doktoru Günay Xəlilova və tibb elmləri namizədi İlham Qafarov tərəfindən müayinə olunublar.

 

Aksiyanın əsas məqsədi qadın sağlamlığının qorunması, ginekoloji xəstəliklərin erkən aşkarlanması, reproduktiv sağlamlıq sahəsində maarifləndirmənin gücləndirilməsi və əhaliyə ixtisaslaşmış tibbi xidmətin əlçatanlığının artırılmasıdır.

 

İlk gün ərzində ümumilikdə 10 qadın müayinədən keçirilib, onlara tibbi məsləhətlər verilib, zəruri hallarda əlavə müayinə və müalicə təyin olunub.

 

Qeyd edək ki, müayinələr mayın 12-14-də hər gün saat 10:00-dan 15:00-dək “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-də keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır