“Nevrologiyada tibbi genetika” adlı dərsliyin təqdimatı olub 
19.05.2026 15:47

Bakı Kitab Mərkəzində Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəylinin baş redaktorluğu ilə nəşr olunan “Nevrologiyada tibbi genetika” dərsliyinin təqdimat mərasimi keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək belə fundamental elmi nəşrlərin ölkədə tibb elminin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və müəllif kollektivini təbrik edib.

 

Daha sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Pənahov, həmin institutun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, professor Rəna Şirəliyeva və digərləri çıxış edərək dərsliyin tibbi genetika və nevrologiya sahələrinin inkişafına mühüm töhfə verəcəyini qeyd edibər və redaksiya heyətinə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar 

Qeyd edək ki, ATU-nun Nevrologiya kafedrasının əməkdaşları tərəfindən hazırlanmış dərslikdə sinir sisteminin irsi və genetik xəstəlikləri, genetik mutasiyaların nevroloji patologiyalarda rolu, molekulyar-genetik mexanizmlər, genetik analiz və diaqnostika üsulları, həmçinin mitoxondrial və neyrodegenerativ xəstəliklərin genetik əsasları əhatə olunub.

Eyni zamanda, Azərbaycan dilində nevrologiyada tibbi genetika sahəsinə həsr olunmuş ilk fundamental nəşrlərdən biri hesab olunan dərslik tibb tələbələri, rezidentlər, nevroloqlar, genetiklər, neyrocərrahlar, psixiatrlar və digər ixtisaslı həkimlər üçün nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır