İsveçrədə reanimasiya şöbələrində boş çarpayı qalmayıb
19.11.2020 10:27

İsveçrə xəstəxanalarının reanimasiya şöbələrində rəsmi olaraq boş çarpayı qalmayıb.

 

Aztibb.az xəbər verir ki, İsveçrə İntensiv Təbabət Cəmiyyəti pandemiya ilə əlaqədar vəziyyətin kollaps həddinə çatdığına dair məlumat yayıb. Məlumatda qeyd edilib ki, ölkədə reanimasiya şöbələrində yerləşən sertifikatlaşdırılmış və böyüklər üçün nəzərdə tutulan 876 çarpayı artıq xəstələrlə tutulub.

 

Cəmiyyətdən, həmçinin bildirilib ki, son həftələrdə çarpayı çatışmazlığının qarşısını almaq üçün bir sıra xəstəxanalarda nəzərdə tutulan cərrahi əməliyyatları təxirə salınıb və həmin çarpayılar COVID-19 xəstələrinin sərəncamına verilib. Eyni zamanda, əlavə çarpayılar sayəsində vəziyyətin nəzarət altında saxlanılmasına çalışılıb. 

 

Qeyd edilməlidir ki, hazırda İsveçrədə gündəlik yoluxma sayı 6115 nəfərə bərabərdir, noyabrın 6-da isə bu göstərici 10 min nəfəri ötmüşdü. Hazırda 3895 nəfər xəstəxana şəraitində müalicə alır, onlardan 544-ü reanimasiya şöbələrinə yerləşdirilib. Reanimasiya şöbələrindəki 345 xəstə isə digər xəstəliklərlə əlaqədar müalicə alırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib