Şahbuz rayonunun Kolanı kəndində tibbi aksiya keçirilib
08.05.2026 13:27
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası Xəstəxanası” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Şahbuz rayonunun Kolanı kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzində növbəti tibbi aksiya təşkil olunub.
 
Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən məlumat verilib.
 
Aksiya zamanı kənd sakinləri müxtəlif ixtisaslı həkimlər tərəfindən tibbi müayinələrə cəlb ediliblər. Sakinlərə nevropatoloq, cərrah, lor, USM, endokrinoloq, oftalmoloq və uroloq xidmətləri göstərilib, ilkin tibbi baxış və konsultasiyalar aparılıb, müalicə və əlavə müayinələrlə bağlı müvafiq tövsiyələr verilib .
 
Tibbi aksiya çərçivəsində nevropatoloq tərəfindən 12, cərrah tərəfindən 3, lor həkimi tərəfindən 4, USM müayinəsi üzrə 15, endokrinoloq tərəfindən 13, oftalmoloq tərəfindən 21, uroloq tərəfindən isə 10 nəfər müayinə olunub.
 
Ümumilikdə aksiya çərçivəsində 78 nəfər kənd sakini tibbi müayinədən keçirilib, onların sağlamlıq vəziyyəti dəyərləndirilib.
 
Qeyd edək ki, muxtar respublikanın ucqar yaşayış məntəqələrində mütəmadi təşkil olunan bu cür tibbi aksiyalar əhalinin sağlamlığının qorunması, erkən diaqnostikanın aparılması və tibbi xidmətlərə əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlər dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
Biləsuvar RMX-nın terapevti Bayraməli Bayramov vəfat edib
 Qida ilə təmasda olan mütəxəssislər üçün gigiyena təlimi
 Qusarda qanvermə aksiyası:
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
ATU-da ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrantların elmi-praktik konfransı keçirilib
Bağırsaq “tənbəlliyi” nədir?
 Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat   
 Şagirdlərə reproduktiv sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verilib   
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib   
Uşaq cərrahından xəbərdarlıq: Kriptorxizm vaxtında aşkarlanmasa, sonsuzluq riski artır
AQTİ “Vahid Sağlamlıq” mentorluq proqramına start verir
AMEA rəhbərliyi akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib    
 “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilib