Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
28.04.2026 17:09

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində Qobustan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının və Qobustan Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş “Nurlu ömrün salnaməsi” adlı tədbir keçirilib.

Bu məlumat Aztibb.az-a Qobustan RMX-dan verilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunub.


Daha sonra tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, tibb müəssisəsinin baş həkimi Xəyalə İmanova və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Qobustan rayon təşkilatının sədri Kəmalə Zərbaliyeva çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafındakı müstəsna xidmətlərindən, oftalmologiya elminə verdiyi töhfələrdən və zəngin elmi irsindən danışıblar.


Çıxışlarda, eyni zamanda ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və dövlət qayğısının əhəmiyyəti vurğulanıb.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, səhiyyə işçiləri və gənclər iştirak edib.


Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub, tədbir Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır