Şamaxıda qanvermə aksiyası: 150-dən çox şəxs donor kimi iştirak edib
07.05.2026 16:20
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
 
Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının təşəbbüsü, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutan tibbi aksiya talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib.
 
Bu məlumat Aztibb.az-a Şamaxı RMX-dan verilib.
 
Bildirilib ki, hər bir donor əvvəlcə həkim-hematoloqlar tərəfindən zəruri müayinələrdən keçirilib, sağlamlıq göstəriciləri yoxlanıldıqdan sonra qanvermə prosesinə cəlb olunub.
 
Tibbi prosedurlar müvafiq sanitar-gigiyena qaydalarına uyğun şəkildə həyata keçirilib.
 
Şamaxı sakinləri aksiyada fəal iştirak ediblər. Rayon ictimaiyyətinin nümayəndələri və müxtəlif qurumların əməkdaşları könüllü olaraq qan veriblər.
 
Aksiya çərçivəsində 150-dən çox şəxs donor kimi iştirak edib. Toplanan qan nümunələri müvafiq yoxlamalardan keçirildikdən sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət