Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub  
29.04.2026 15:07
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzləri tərəfindən İmmunizasiya Həftəsi çərçivəsində şəhər ərazisində genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, ötən həftə ərzində həm şəhərin müxtəlif yaşayış massivlərində, həm də ətraf ərazilərdə təşkil olunan tədbirlər nəticəsində ümumilikdə 1263 uşaq peyvənd olunub.
 
Kampaniyanın əsas məqsədi uşaqların yoluxucu xəstəliklərdən qorunmasını təmin etmək, immunizasiya göstəricilərini yüksəltmək və valideynlər arasında peyvəndlərin vacibliyi ilə bağlı məlumatlılığı artırmaq olub.
 
Ailə sağlamlıq mərkəzlərinin tibb işçiləri tərəfindən səyyar xidmətlər təşkil edilib, uşaqların peyvəndlənməsi ilə yanaşı, valideynlərlə maarifləndirici söhbətlər aparılıb və profilaktik tövsiyələr verilib.
İmmunizasiya tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı-nın tövsiyələrinə və ölkədə tətbiq olunan milli peyvənd təqviminə uyğun şəkildə həyata keçirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır