Gömrük Hospitalında Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş tibbi-sosial aksiya keçirilib
08.05.2026 10:15
Mərkəzi Gömrük Hospitalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş ödənişsiz tibbi-sosial aksiya təşkil olunub.
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, aksiya "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və valideyn himayəsindən məhrum olmuş azyaşlı uşaqların sağlamlığının qorunmasına, onların sosial rifahının dəstəklənməsinə xidmət edib.
Tədbirin açılış hissəsində Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev, Hospitalın rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Tibbi Xidmət İdarəsinin İlk Həmkarlar İttifaqının sədri Şəhla Mirzəzadə, həkim pediatrlar - Aygün Sadıxova, Fərəh Vahabova, Minazər Abdullayeva, oftalmoloq Aynurə Əliyeva, otorinolarinqoloq Elvin Əzizov, travmatoloq Müseyib Əhmədov, kardioloq Nəsimi Cabbarov, sonoloq Tükəzban Abdullayeva, dermatoveneroloq Sevinc Kərimova, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının həkimi Anjela Əliyeva, analar və uşaqlar iştirak ediblər.
Aksiyanın açılış mərasimində Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial siyasətin əsas istiqamətlərindən biri uşaqların sağlam böyüməsi, onların dövlət qayğısı ilə əhatə olunması və gələcəyin sağlam nəslinin formalaşdırılması olub. C.Məmmədov çıxışında vurğulayıb ki, Ulu Öndər əsasını qoyduğu humanizm və sosial həmrəylik prinsipləri bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilir.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev çıxış edərək bildirib ki, uşaqların sağlamlığının qorunması hər zaman səhiyyə müəssisələrinin əsas prioritetlərindən biridir. B.Musayev qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilməsi cəmiyyətin humanist dəyərlərinin göstəricisidir.
Aksiya çərçivəsində azyaşlı uşaqlar peşəkar həkim heyəti tərəfindən müxtəlif tibbi müayinələrdən keçirilib. Onlara pediatr, oftalmoloq, travmatoloq, kardioloq, dermatoveneroloq və otolorinqoloq həkimlər tərəfindən tibbi baxış keçirilib, həmçinin zəruri diaqnostik xidmətlər göstərilib. Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, tibbi tövsiyələr verilib və zəruri hallarda əlavə nəzarət planlaşdırılıb.
Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onlar üçün səmimi və qayğıkeş mühit yaradılıb. Bu təşəbbüs uşaqlarda sevinc hissi yaratmaqla yanaşı, onların cəmiyyət tərəfindən diqqət və dəstək gördüklərini hiss etmələrinə də töhfə verib
Bu bölməyə aid digər xəbərlər
Bakı Baş Səhiyyə Mərkəzində həkim vakansiyaları elan olunur
21.10.2026 | 10:27
9 saylı “Qocalar evi”nin sakinləri tibbi akiya təşkil edilib
19.10.2026 | 16:00
Babək rayonunun Gərməçataq kəndində tibbi aksiya: 61 nəfər müayinə olunub
19.10.2026 | 15:21
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
18.10.2026 | 16:57
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18
Qubadlının Qəzyan kəndində tibbi aksiya: 130-dan çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
16.10.2026 | 16:33
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Şəkidə orta məktəblərdə tibbi aksiya: 679 nəfər müayinə olunub
14.10.2026 | 16:31
Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası təşkil olunub
13.10.2026 | 09:56
Ordubad rayonunun “Aza Kənd Tibb Məntəqəsi”ndə tibbi AKSİYA
12.10.2026 | 12:43
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

