Qusarda qanvermə aksiyası: "Talassemiyasız həyat naminə"   
29.04.2026 16:19
Səhiyyə Nazirliyinin Respublika Qan Bankının təşəbbüsü, Qusar Rayon İcra Hakimiyyəti və Qusar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası təşkil olunub.
 
Qusar RMX-dan Aztibb.az-a bildirilib ki, xüsusi tibb briqadasının həkim-hematoloqları xəstəxananın tibb heyəti ilə birlikdə donorlar əvvəlcə ilkin müayinələrdən keçirilib, daha sonra qanvermə prosesi icra edilib.
 
Aksiyada Qusar Rayon İcra Hakimiyyətinin, Qusar Rayon Mərkəzi Xəstəxanasının, müxtəlif idarə və təşkilatların nümayəndələri, habelə rayon ictimaiyyəti fəal iştirak edərək könüllü qan veriblər.
 
Humanitar aksiya çərçivəsində toplanan qan nümunələri Respublika Qan Bankına təhvil veriləcək və talassemiya, eləcə də digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.
 
Qeyd edək ki, aksiya çərçivəsində 91 nəfər könüllü olaraq qan donoru kimi iştirak etmişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır