Bağırsaq “tənbəlliyi” nədir?
02.05.2026 13:16
Tibbdə “bağırsaq tənbəlliyi” deyə bir diaqnoz yoxdur. Bu, adətən xroniki qəbizlik və ya bağırsağın normal hərəkət ritminin zəifləməsi üçün işlədilən gündəlik ifadədir.
Bu barədə Aztibb.az-a HTC Cliniva Hospitalın ümumi cərrahı, proktoloq və endoskopisti Anar Əliyev məlumat verib.
əkim vacib məqamları diqqətə çatdırıb. Anar Əliyev bildirib ki, bu vəziyyət çox vaxt uzunmüddətli yanlış vərdişlər nəticəsində yaranır. Bir çox insan qəbizliyi tez həll etmək üçün laksativlərə (ishalverici dərmanlara) müraciət edir.
"Problem burasındadır ki, tez-tez və nəzarətsiz istifadə zamanı bağırsaq “öyrəşə” bilər, normal peristaltika (hərəkət) zəifləyə bilər. Həmçinin təbii boşalma refleksi ləngiyə bilər. Nəticədə insan dərmansız defekasiya edə bilmədiyini hiss edir", - deyə o, əavə edib.
Real risklər nədir?
Uzunmüddətli və yanlış istifadə zamanı:
Bağırsaq asılılığı hissi
— “dərmansız olmur” düşüncəsi yaranır
Elektrolit pozğunluğu
— xüsusilə kalium azalması
— halsızlıq, ürək ritm pozğunluğu riski
Susuzlaşma
— maye itkisi artır
Normal refleksin zəifləməsi
— bağırsağın təbii boşalma mexanizmi ləngiyir.
Anar Əliyev qeyd edib ki, laksativlər hər zaman zərərli deyil, Lakin onlar həkim nəzarəti ilə, qısa müddətli, səbəb araşdırıldıqdan sonra istifadə edilməlidir. Əgər qəbizlik uzunmüddətlidirsə səbəb araşdırılmalıdır (qidalanma, stress, hormonal faktorlar və s.). Bununla yanaşı, həyat tərzi düzəldilməli, lazım gələrsə mütəxəssis planı tətbiq olunmalıdır. Bağırsaq “tənbəlliyi” çox vaxt bağırsağın problemi deyil, ona verilən yanlış vərdişlərin nəticəsidir.
Bu bölməyə aid digər xəbərlər
Qrip peyvəndində nə dəyişdi? – Mütəxəssis yeni ştamların detallarını açıqladı
10.10.2026 | 10:51
Diaqnoz Tibb Mərkəzində pnevmoniya diaqnozu ilə müalicə olunan uşaq sağalıb
10.10.2026 | 10:39
Çirkli hava zərərsiz bakteriyanı ciddi infeksiya mənbəyinə çevirə bilər
09.10.2026 | 08:51
İnsanlar qərarvermə prosesini süni intellektə ötürməyə başlayacaqlar
08.10.2026 | 13:39
Dünyada ağcaqayın tozcuğuna qarşı ilk allergiya vaksini oktyabrda əlçatan ola bilər
08.10.2026 | 07:46
Ambroziyaya allergiyası, meningokok infeksiyası və denqe qızdırmasına qarşı yeni vaksinlər hazırlanır
07.10.2026 | 11:10
2 aylıq körpə mürəkkəb ürək əməliyyatından sonra evə yola salındı
07.10.2026 | 08:40
Kəskin sancı ilə müraciət edən azyaşlıya vaxtında tibbi yardım göstərildi
07.10.2026 | 07:35
Yüksək təzyiq oynaqları sıradan çıxara bilər - Tədqiqat
06.10.2026 | 12:57
Tovuz RMX-nın gənc infeksionisti Aynur Qurbanova - "Həkimlərimizi tanıyaq!" rubrikası
06.10.2026 | 11:09
ÇOX OXUNANLAR
LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb
30.09.2026 | 15:57
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Aynurə Əliyeva
01.10.2026 | 16:44
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib
01.10.2026 | 15:26
Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
03.10.2026 | 09:16
“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
01.10.2026 | 11:49
Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”
02.10.2026 | 12:07
Diabet və böyrəklər: səssiz təhlükə
02.10.2026 | 11:23
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir
03.10.2026 | 17:27
Oromandibulyar distoniya nədir?
03.10.2026 | 15:49
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
04.10.2026 | 14:34
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
03.10.2026 | 13:16
ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib
02.10.2026 | 10:56
Gəncədə "Tibb işçilərinin peşəkar davranış qaydaları" mövzusunda maarifləndirici təlimlər davam etdirilir
02.10.2026 | 16:54

