Naxçıvanın Babək rayonunun Nəhəcir kəndində əhaliyə səyyar tibbi xidmət göstərilib
24.04.2026 16:38
Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Babək rayonunun Nəhəcir kəndində növbəti tibbi müayinə aksiyası təşkil olunub.
 
Bu məlumat Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.
 
Bildirilib ki, aksiya zamanı kənd sakinlərinə müxtəlif istiqamətlər üzrə tibbi xidmətlər göstərilib. Belə ki, vətəndaşlar ginekoloji, laborator, radioloji (USM) və pediatrik müayinələrə cəlb olunublar. Müayinələr zamanı sakinlərin sağlamlıq vəziyyəti qiymətləndirilib, ilkin diaqnozlar qoyulub, zəruri hallarda əlavə müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə yönləndirmələr aparılıb.
Tibbi müayinə aksiyası çərçivəsində ümumilikdə 32 nəfər vətəndaş müayinədən keçirilib. Onlardan 9 nəfərə ginekoloji, 14 nəfərə USM (radioloji), 4 nəfərə laborator analiz, 5 nəfərə isə pediatrik xidmət göstərilib.
 
Qeyd edək ki, bu cür tibbi aksiyalar regionlarda yaşayan əhalinin vaxtında müayinə və müalicəyə cəlb olunmasında mühüm rol oynayır, xəstəliklərin erkən aşkarlanmasına, profilaktik tədbirlərin gücləndirilməsinə və əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Eyni zamanda, həyata keçirilən bu aksiyalar səhiyyə siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə görülən bu tədbirlər səhiyyə sisteminin davamlı inkişafına mühüm töhfə verir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib