Akademik Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş oftalmoloji müayinə aksiyası   
29.04.2026 10:01
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş oftalmoloji tibbi aksiyalar uğurla davam etdirilir. Növbəti belə aksiyaya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə start verilib.
 
 
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, aksiya çərçivəsində vətəndaşlara ixtisaslaşmış oftalmoloji xidmətlərin göstərilməsinə başlanılıb və əhalinin görmə sağlamlığının qorunması və göz xəstəliklərinin erkən aşkarlanması məqsədilə silsilə müayinələr keçirilir.
 
Tədbir 23 aprel 2026-cı il tarixindən etibarən başlanıb və ilkin mərhələdə 23, 24 və 27 aprel tarixlərində “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində həyata keçirilib. Aksiyanın növbəti mərhələsi isə 28 aprel tarixində “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsində təşkil olunub.
 
Aksiya günləri üzrə müayinə göstəricilərinə əsasən, 23 aprel tarixində 19 nəfər, 24 aprel tarixində 30 nəfər, 27 aprel tarixində 32 nəfər, 28 aprel tarixində isə 35 nəfər olmaqla, ümumilikdə 116 nəfər vətəndaş oftalmoloji müayinədən keçirilib. Müayinələr qrafikə uyğun olaraq 2 may 2026-cı il tarixədək davam etdiriləcək.
 
Müayinələr Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu, təcrübəli mütəxəssis Vüsalə Məlikova tərəfindən aparılıb. Aksiya çərçivəsində vətəndaşlara kompleks oftalmoloji xidmətlər göstərilərək, vizometriya, refraktometriya, tonometriya, biomikroskopiya və göz dibi müayinələri icra olunub. Bu müayinələr sayəsində pasiyentlərin görmə vəziyyəti ətraflı qiymətləndirilib, göz daxili təzyiq göstəriciləri müəyyən edilib və müxtəlif oftalmoloji xəstəliklərin erkən diaqnostikası təmin olunub.
 
Qeyd edək ki, belə aksiyaların təşkili əhalinin sağlamlığının qorunması, xüsusilə də göz xəstəliklərinin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu təşəbbüs Zərifə Əliyevanın zəngin elmi irsinin yaşadılması və onun səhiyyə sahəsindəki xidmətlərinin təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır